Tramp və Zelenski ikitərəfli görüşdən sonra bəyanatla çıxış etməyiblər.
Tramp Zelenski ilə danışıqları "çox uğurlu" adlandırıb. Onun sözlərinə görə, üçtərəfli görüşü müzakirə etmək üçün Putinə zəng vuracaq.
Tramp Ağ evdə Zelenski ilə görüşüb
Ukraynanın NATO-ya qoşulması ilə bağlı suala cavabında Tramp deyib ki, Rusiyanın buna heç vaxt icazə verməyəcəyinə dair açıqlamaları olub: "Biz heç vaxt belə bir şeyi müzakirə etməmişik. Bu gün bunu müzakirə edəcəyik, biz çox yaxşı təhlükəsizlik zəmanətləri verməyə hazırıq".