Keçid linkləri

2025, 21 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:09
D.Tramp və V.Zelenski
D.Tramp və V.Zelenski

Tramp, Zelenski və Avropa liderləri görüşdü

Avqustun 18-də Volodimir Zelenski və yeddi Avropa lideri Vaşinqtonda Donald Trampla görüşüb. Danışıqların əsas mövzusu Birləşmiş Ştatların Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı olub. Görüş Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı sammitindən sonraya təsadüf edir.

D.Tramp sammitdə razılaşma əldə olunmadığını bildirib. "Tam qarşılıqlı anlaşma tapa bilmədik", - o əlavə edib.

"Biz bir çox bəndlər, mən deyərdim, çoxu üzrə razılığa gəldik. Bir-iki vacib məqam var ki, hələ tam çözməmişik, lakin biz artıq müəyyən bir yol açmışıq. Hələlik razılaşma yoxdur", - Tramp bildirib.

Eyni zamanda, Tramp söhbətin məhsuldar keçdiyini deyib: "Biz bu gün böyük irəliləyiş əldə etdik".

Putin ABŞ ilə əməkdaşlığa qayıtmağa çağırıb və vurğulayıb ki, "birgə iş üçün çoxlu maraqlı istiqamətlər" var: "Ölkələrimizin səhifəni çevirib əməkdaşlığa qayıtması vacib və zəruridir. Ümid edirəm ki, bunu bacaracağıq".

Putin ümidvar olduğunu bildirib ki, Ukrayna və Avropa danışıqlara maneə yaratmayacaq: "Təxribatlar və ya pərdəarxası intriqalar vasitəsilə irəliləyişi pozmağa cəhd göstərməyəcəklər".

Putin Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu bəyan edib: "Ukrayna nizamlanmasının davamlı olması üçün münaqişənin köklü səbəbləri aradan qaldırılmalıdır".

Davamı

XS
SM
MD
LG